İsmayıllıda ağır qəza: Xəsarət alanlar var – VİDEO
İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Talıstan-Diyallı yolunda qeydə alınıb.
Qəza zamanı “Ford” markalı yük avtomobili ilə “VAZ 2199” markalı minik maşını toqquşub.
Hadisə zamanı Lahıc qəsəbə sakinləri olan üç nəfər – İsmət Hacıyev, Əli Cəfərli və Nəsib Mahmudlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az

