Dünya 

Gürcüstanda son sutkada 25 nəfər koronavirusdan öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  594  yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  229 763, ölənlərin sayı isə 2 628 nəfərə çatıb.

Virusa yoluxanlardan 222 405 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər