Dünya 

9 noyabr tarixində Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistan istiqamətində yanlışlıqla zərərsizləşdirilən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopterlə bağlı ilkin istintaq başa çatıb. BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı qəza səbəbilə Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi əsasında məhkəmə prosesinin başladılmasına qərar verilib. Qeyd edək ki, olaydan sonra Azərbaycan Rusiyadan üzr istəmiş və kompensasiya ödəməyə hazır olduğunu bildirmişdi. Hadisə iki ölkə arasında diplomatik yolla həll olunmuşdu.

Sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycana məğlub olan Ermənistan məhv olmuş hərbi imicini bərpa etməyə çalışır.

ARANTV.AZ  unikal.org-a istinadən bildirir ki, İrəvan gələn ilin əvvəlində Rusiyadan bir neçə ədəd modernləşdirilmiş Mi-171 helikopteri almağı planlaşdırır.

Bu barədə RF Müdafiə Nazirliyindəki mənbələr məlumat verir.

Daha çox xəbərlər