Dünya 

Nigeriyada matəm elan edildi

Nigeriyada  terrorçular tərəfindən öldürülən 100 nəfərin xatirəsini yad etmək üçün üç günlük matəm elan olunub.

ARANTV.AZ  unikal.org-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri məlumat yayıb.

“Biz bütün ölkə ərazisində 3 günlük matəm elan etdik”, – nazir bildirib. Onun sözlərinə görə, qərar Nigerin Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, yanvarın 2-də terrorçular ölkənin Tillaberi rayonundakı iki qəsəbəyə hücum etmişdilər. Çoma-Banqu qəsəbəsində 70, Zarumadareye qəsəbəsində isə 30 nəfər qətlə yetirilmişdi.

Daha çox xəbərlər