Şəhidlərimizin əziz xatirəsinə həsr olunan YENİ LAYİHƏ BAŞ TUTDU – FOTO-VİDEO
Azərbaycanda İctimai Televiziya, Azərbaycan Dövlət Akademik Filarmoniyası və AMEA-nın dəstəyi ilə Şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Yaşat məni” layihəsi baş tutub.
ARANTV.AZ xəbər verir ki, layihənin ideya müəllifləri Əməkdar artist Nərgiz Əliyeva, Rövşən Əmrahov və Səidə İbrahimlidir.
Proqramda ilk öncə Azərbaycan tarixinə adlarını qızıl hərflərlə yazan qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Azərbaycan xalq mahnıları, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Aytən Oqtayqızı, Frederik Şopen, Tomaso Albinoni və Con Uilyams kimi milli və dünya klassiklərinin əsərləri səsləndirilib.
Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Samir Cəfərov, Elşən Mənsurov, Əməkdar artistlər Aygün Bəylər, Sahib Paşazadə, Nərgiz Əliyeva, İlham Nəzərov, Fəridə Məmmədova, Afaq Abbasova, İlham Nəcəfov, eləcə də Qara Qarayev adına Dövlət kamera orkestrinin solistləri Rövşən Əmrahov, Nəzrin Abbaslı, Azadə Həbibova, Könül Abasbəyli, Eyyub Əliyev, Əli Əliyev, Abbas Əliyev, Məqsəd Əzizov, Teymur Süleymanbəyli şəhidlərə həsr olunan musiqiləri yüksək professionallıqla ifa ediblər.
Şəhidlər bizim qəlbimizdə həmişə yaşayacaq və heç vaxt unudulmayacaqlar.
Qarabağ Azərbaycandır!
Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və qazilərimizə şəfa və can sağlığı versin. Eşq olsun Azərbaycanın qəhrəman xalqına!








