Hadisə 

Tovuzda yol kənarında kişi meyiti tapıldı

Tovuzda küçədə kişi meyiti tapılıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hələlik şəxsiyyəti məlum olmayan 50-55 yaşlı kişinin meyiti rayonun Heydər Əliyev prospektində aşkarlanıb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun kim olması dəqiqləşdirilir. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz Rayon Şöbəsinə təhvil verilib. Ölümün səbəbləri araşdırılır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər