Sosial şəbəkələrdə hər kəsi kövrəldən paylaşım yer alıb.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Siyəzənli şəhid Həsənov Vurğunun üzərində yazı aşkarlanıb. O cibində olan pulun üzərinə “Şəhid olmaq istəyirəm, olsam bu pulu sədəqə verin” yazıb.
Paylaşıma qısa müddət ərzində çoxsaylı şərhlər gəlib. Hər kəs igidimizin belə şücaəti qarşısında qürurlandıqlarını dilə gətiriblər.
