Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Heç bir təzyiq, təhdid Azərbaycanı haqq yolundan döndərə bilmədi

By Vüsal Rafiqoğlu
05.01.2021 5 Min Read

«2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.» Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il  münasibətilə  xalqımızı təbrik edən Prezident İlham Əliyevin bu sözləri Prezident seçilərkən söylədiyi  «2003-cü ildə mən birinci dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdim ki, mənim üçün Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir» sözlərinin təsdiqi, xalqına verdiyi  vədinə sadiqliyidir. 17 illik prezidentliyi dövründə dövlətin xarici siyasətinin  əsas istiqamətləri kimi diqqətdə saxladığı ərazi bütövlüyümüzün bərpası məsələsi ilə bağlı bütün müzakirələrdə, danışıqlarda  münaqişənin  Azərbaycan xalqının mənafeyi naminə həlli üçün siyasi qətiyyət göstərən Prezident İlham Əliyev dəyişilməz  mövqeyini «Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın» sözləri ilə bildirirdi.

Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyinin ilk  dövründə respublikamızın  siyasi, iqtisadi vəziyyəti, ordu quruculuğu ilə bağlı  görüləcək işlərin mürəkkəbliyi, Ermənistana havadarlıq edənlərin ölkəmizə  qərəzli münasibəti, erməni lobbisinin əlində  oyuncağa çevrilən daxili düşmənlərimizin xəyanətləri nəzərə alınsa görüləcək işlərin necə böyük  qətiyyət tələb etdiyini və qarşıda duran vəzifələrin mürəkkəbliyini təsəvvür etmək o qədər də  çətin deyildi.  Strateji əhəmiyyətli Şuşanın, Laçının,  Kəlbəcərin işğal altına düşməsi, ermənilərin əsas məqsədləri olan Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantının yaradılması vəziyyəti daha da gərginləşdirdi. İşğalçıya siyasi, hərbi dəstək göstərən, münaqişənin həllinə ikili standartlardan yanaşanların artdığı bir məqamda torpaqlarımızın işğaldan azad olunması böyük siyasi iradə,  dövlətçilik təcrübəsi tələb edirdi. «Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır. Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi» söyləyən Prezident İlham Əliyev ölkə iqtisadiyyatının inkişafı, maliyyə imkanlarımızın möhkəmlənməsi naminə  önəmli  islahatlar apardı.  Azərbaycan xalqının maraqlarını ifadə edən siyasi müstəqilliklə iqtisadi müstəqilliyin birgə inkişafı Azərbaycanın digər dövlətlərdən, beynəlxalq təşkilatlardan asılılığını minimuma endirdi. Ölkəmiz qlobal enerji, nəqliyyat layihələrinin təşəbbüskarı kimi tanındı. Multikulturalizm ənənələrinə sadiqliyi ilə  sivilizasiyalararası mərkəz,  xalqlar arasındakı körpü rolunu qətiyyətlə doğrultdu. Dünyanın siyasi müstəvisində  azlıq təşkil edən tam müstəqil dövlətlərin ön sırasında yer aldı.

«Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!» söyləyən Prezident İlham Əliyev  Vətən müharibəsində düşmən üzərində çaldığı qələbə ilə  müzəffər bir xalqın lideri olduğunu təsdiqlədi. Dövlət siyasətimizin əsasını təşkil edən  Ermənistanı zəiflətmək, Azərbaycanın təşəbbüsü ilə  həyata keçirilən qlobal  layihələrdən kənarda  saxlamaq istəkləri də gerçəkləşdi. Başqalarının ianələri hesabına dolanan, şəxsi maraqlarını dövlətçilikdən üstün tutan  Ermənistanı idarə edən kriminal rejimin qeyri-demokratik hərəkətləri üzündən  dalana dirənən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh danışıqlarına sadiq qalan Azərbaycan qüdrətləndi.  Başqalarının maraqlarına uyğun işğalçılıq siyasətinin əsiri olan  Ermənistan isə  Avrasiya üçün önəmli olan enerji, nəqliyyat, kommunikasiya layihələrindən kənarda qaldı.

Arxada qalan 17 ildə Ermənistanı  beynəlxalq arenada ifşa etmək,  işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün diplomatik səylərini artıran Azərbaycan  ermənipərəst dairələrin apardıqları  anti-Azərbaycan təxribatlarına qarşı mübarizədə də qətiyyət göstərdi. BMT-nin, 120 ölkənin  birləşdiyi  Qoşulmama Hərəkatının üzvü kimi beynəlxalq hüquqa sadiqliyini əməli işi ilə  dünya ictimaiyyətinə çatdırdı.  İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirdi.  Erməni mifini  darmadağın etdi.Qonşu dövlətlərin iştirak etdiyi ikitərəfli,  üçtərəfli  əməkdaşlıq formatının möhkəmləndirilməsi istiqamətində önəmli təşəbbüsləri ilə fərqləndi.

44 gün davam edən Vətən müharibəsindəki Qələbəmiz göstərdi ki,  Prezident İlham Əliyev siyasi iradəyə malik   dövlət başçısı olmaqla yanaşı, həm də müharibə elmini, təcrübəsini  dərindən mənimsəyən qətiyyətli Ali Baş Komandandır. Müharibənin davam etdiyi qısa müddətdə  özünü təsdiqləyən  siyasətini döyüş, informasiya müharibəsində, diplomatiyada  bir daha doğruldan Prezident İlham Əliyev münaqişənin hərbi yolla həlli olmadığını iddia edənlərin səhvlərini  korrektə etdi.  İkili standartlardan qaynaqlanan, dünyanın müxtəlif guşələrində davam edən ərazi münaqişələrinin həlli yollarını göstərdi. Qərbin siyasi  texnologiyalarından dərs alan qüvvələrə diplomatiya dərsi verdi. Əsl demokratiyanın nə olduğunu dünya ictimaiyyətinə  göstərdi. Status-kvonun əbədi, dəyişilməz qalmasına çalışanlara iradənin, düşünülmüş  siyasətin, xalq-iqtidar-ordu birliyinin gücü ilə cavab verdi.

Aprel döyüşlərindən, Günnüt əməliyyatından dərs almayan,  30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan terrorçu Ermənistanın «qüdrətli ordusu» 44 gündə məhv edildi. «Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü» söyləyən Prezident İlham Əliyev bu Qələbəni Azərbaycan xalqının gücünün, qüdrətinin  məntiqi nəticəsi adlandırır. İllərdən bəri  Ermənistanı dəstəkləyən qüvvələrin  Bakını tarazlaşdırılmış siyasətindən döndərmək naminə hazırladıqları  məkrli planları, ərazi bütövlüyümüzü təhlükə, şübhə  altına alan qərəzli  sazişləri qətiyyəti ilə  pozan Prezident İlham Əliyev 44 gündə həmin niyyətləri məhv etdi. Hərblə başlayan, diplomatiya ilə davam edən müharibədə düşmənə ağır zərbə  vuran  beşinci nəsil  silahlar, ən müasir texnikalar olsa da, sonrakı mərhələdə  düşməni ağ bayraq qaldırmağa məcbur edən   ağıl, zəka, düşünülmüş siyasət öz sözünü dedi.  Bütün dünya gördü ki, Azərbaycan əsgəri artıq 1990-cı ildə olduğu kimi  cəbhə xəttində, döyüş meydanında avtomatın  ümidinə qalmır. Ölkəmizdə yeni modern ordu formalaşıb. Müasir dövrün tələblərinə uyğun, hər kəsi heyrətə salan  «formalaşma» təkcə orduda deyil,  dövlətin bütün strukturlarında, fundamental islahatların həlli ilə    diqqəti  çəkdi. Enerji, nəqliyyat layihələrini reallaşdıran Azərbaycan qlobal  məsələlərin həllində  siyasətini  paralellik əsasında tarazlaşdırmaqla postmüharibə dövrü üçün etibarlı mənbə formalaşdırdı.  Artıq işğaldan azad olunmuş, erməni vandallarının dağıtdığı ərazilərə yeni həyat  verilir. İqtisadi baxımdan beynəlmiləl mühitin yaranması üçün ölkəyə ən tanınmış xarici şirkətləri cəlb olunur. Azərbaycan bölgədə baş verən hadisələrə az- az ölkələrə nəsib olan «kosmik gözü» ilə nəzarət edir. Yeni sərhədlər dar çərçivədə deyil, azad olunmuş zirvələrdən ən güclü radiolakasiya sistemlərinin yaradıldığı aydın müşahidə olunur. Qubadlıdan Zəngəzura gedən yola «yaşıl işıq» yandırılır. Tuneldən  çox siyasi mahiyyət daşıyan, dövlətləri birləşdirən Naxçıvana uzanan dəhlizin bərpası, Şuşanın alınması o deməkdir ki, Azərbaycan yeni ərazilər əldə edir, sərhədlərə qovuşur. Ermənilər isə əsl boyunlarına uyğun çərçivələrə sıxlaşır.  Hər daşa, divara yazılan «Azərbaycan» kəlməsindən, respublikanı, demək olar ki, hər evi bürüyən üçrəngli bayrağımızın dalğalanmasından, «türk» sözündən vahiməyə düşən ermənilər qorxudan ilan kimi qıvrılırlar. Xalqımızın şüurunda müqəddəs, genetik  hiss kimi qorunub saxlanılan, nəsillər boyu yaşadılan İrəvan xanlığı  sevgisi oyanır, milli yaddaş zühur edir. Azərbaycan   Ordusunun gücünü, qüdrətini görən Ermənistan işğal altında saxladığı ərazilərdən geri çəkildi, torpaqları öz sahibinə qaytardı.  Kökü olmayan ağac kimi quruyan, beynəlxalq aləmdəki dayaqlarını, müttəfiqlərini  itirən Ermənistanın taleyi artıq nə Fransanın prezidenti Makronu, nə də Benilüks parlamentlərinin deputatlarını düşündürür. Ermənistanın yaratdığı mifə imza atan erməni ideoloqlarının, onların havadarlarının  yaratdıqları xofu əridən Azərbaycan Ordusunun əsgər və zabitlərinin gücü qarşısında  ağ bayraq qaldıran  Ermənistan məğlubiyyətini etiraf etdi.  Paytaxtımızda  keçirilən Zəfər paradı Qələbəyə aparan «Qarabağ Azərbaycandır!» şüarının təsdiqi oldu.

Xuraman İsmayılqızı, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!

Next

Münaqişənin hərbi-siyasi yolla həllinin fəlsəfəsi haqqında

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv