Sosial 

200 qram araq qaraciyərin zədələyir

Uzun müddət spirtli içki içən adamlarda qaraciyərin piy toxumasının yığılması ( steatoz), iltihablaşma (alkohol hepatiti) və fibroz qara ciyər ( sirroz) zədələnmələrinə səbəb olur

ARANTV.AZ-ın məlumatına görə, qeyd edilən xəstəliklərin ağırlıq dərəcəsi qəbul edilən spirtli içkinin miqdarında və keyfiyyətindən asılı olaraq dəyişir. Qadınlarda spirtli içki səbəbində baş verən qaraciyər xəstəlikləri kişilərdəkindən daha tez əmələ gəlir və qısa zamanda ağırlaşmalar verir.

Qadınlar gün ərzində 10 qram təmiz spirt (200 qram çaxır, 0,5 litr pivə və s.), kişiləri isə gün ərzində 50 qram təmiz spirt (0,5 litr çaxır, 1,25 litr pivə və ya 200 qram araq) qəbul etdikdə qaraciyərin xəstələnmə şansı çox olur.

Erkən yaşlarından içməyə başlayan adamlarda 30-40 yaşlarından qaraciyər zədələnir. 40 yaşdan sonra isə qaraciyər tam zədələnmiş olur.

Xəstəlik qarının sağ tərəfində ağrı, qaraciyərin böyüməsi və sağ qabırğaaltı nahiyədə ağırlaşma hissi, ağızda quruluq, yorğunluq, dəridə sarılıq, iştahanın olmaması, ürəkbulanma, ayaqlarda şişkinlik və  arıqlama kimi əlamətlərlə özünü biruzə verir.

Spirtli içki içən adamların qaraciyəri zədədləndikdə onların dərilərinin rəngi sarımtıl-qara, xoşagəlməz tünd olur. Onların əl və ayaqlarının rəngi qırmızıya çalır, kapilyar damarlarda qansızmalar meydana çıxır. Dəridə ulduzcuq şəklində qansızmalar görünür. Belə xəstələrdə bəzən burun və ya bağırsaq qanaxmaları müşahidə edilir.

Uzun müddət spirtli içki qəbul edənlərin sinir sistemnidə də patoloji əlamətlər meydana çıxır. Belə adamlar əsəbi, həyəcanlı, bəzən halsız olur, onlarda keylik müşahidə edilir. Diqqət dağınıqlığı, yaddaşsızlıq, halyusiyasiya, əl və ayaqlarda əsmələr, ağrı, fiziki lənglik müşahidə edilir. Belə kişilərin yumurtalıqları kiçilir, qadınların isə döşlərində böyümə baş verir.

Spirtli içki qəbulu səbəbindən qaraciyərdə əmələ gələn patologiyalara diaqnoz qoymaq üçün anamnez, laborator və diaqnostik müayinə metodlarından istifadə edilir. Xəstəliyin yeganə müalicəsi spirtli içkidən imtina etməkdir. Sirroz əlamətləri başlamadıqda xəstəliyi müalicə etmək mümkün olur.

Daha çox xəbərlər