Gündəm 

Bu gündən 300-ə yaxın dərman vasitəsinin qiyməti dəyişir

Tarif (qiymət) Şurası yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiymətini təsdiq edib.

ARANTV.AZ  xəbər verir ki, həmin dərman vasitələri üçün müəyyən edilmiş qiymətlər bu gündən qüvvəyə minib.

Ticarət adı, farmaseptik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12.392 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Daha çox xəbərlər