Gündəm 

200-ə yaxın reys təxirə salınıb

Yaponiyada güclü çovğun səbəbi ilə 200-ə yaxın aviareys təxirə salınıb.

ARANTV.AZ  xəbər verir ki, kəskin hava şəraiti Yapon dənizi sahillərində və Hokkaydo adasının şimalında tüğyan edir.

Qeyd olunur ki, ölkənin müxtəlif aeroportlarında bu günə nəzərdə tutulan 14, sabaha planlaşdırılan 183 reys təxirə salınıb.

Sinoptiklərin proqnozlarına əsasən, bölgədə çovğunlar yanvarın 9-dək davam edə bilər.

Daha çox xəbərlər