Siyasət 

Türkiyə mediası: Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu

Prezident İlham Əliyevin Qafqazın incisi sayılan Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi Türkiyə kütləvi informasiya vasitələri tərəfindən mühüm xəbər kimi ictimaiyyətə təqdim olunub.

ARANTV.AZ  xəbər verir ki, dövlətimizin başçısının bu qərarı, onsuz da qardaş ölkə mediasında ən aktual mövzu kimi qalmaqda olan 44 günlük şərəfli Vətən müharibəsi mövzusunu yenidən canlandırıb.

TRT haber kanalı “Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edildi” sərlövhəsi ilə xüsusi reportaj yayıb. Reportajda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, o cümlədən böyük peşəkarlıqla qurulan yenilməz Ordumuzun qazandığı müzəffər zəfərdən bəhs edilib.

Anadolu və İHA xəbər agentlikləri, Habe Global telekanalı, “Yeni şəfəq” və “Sabah” qəzetiləri, və s. nüfuzlu media orqanları da mövzu ilə bağlı geniş məlumat yayıblar.

Türkiyə mediası tərəfindən Prezidenti İlham Əliyevin yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı etdiyi dərin məzmunlu çıxışda səsləndirdiyi fikilər, işğaldan azad olunan ərazilərdə bərpa işləri, o cümldən Füzulu rayonunda hava limanının tikintisi və s. məsələlər barədə türkdilli ictimaiyyətə geniş əməlumat verilib.

Daha çox xəbərlər