Sosial 

Koronavirusdan “çırparaq” xilas edən azərbaycanlı xala ŞOK ETDİ – VİDEO

Sosial şəbəkələrdə hər kəsi güldürən görüntülər yer alıb.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, sözügedən videoda orta yaşlı qadın gənc oğlanı “döyərək”, dualar oxuyaraq guya koronavirusdan xilas edir.

Videodan da göründüyü kimi, qadın üfürür və virusu bədəndən “şəfalı əlləri” ilə “çıxarır”.

Qadın fəaliyyət göstərdiyi yerin adını da gizlətməyib. Belə ki, o Şəkinin Göyçə kəndində “virus çıxarma” fəaliyyəti ilə məşğul olduğunu bildirib.

Qeyd edək ki, bu formada olan “müalicə üsulu” heç də doğru deyil. Tövsiyə edirik ki, belə insanlara aldanıb, sağlamlığınızı təhlükəyə atmayasız!

 

Daha çox xəbərlər