Aİ-nin sonuncu ölkəsində də COVID-19-a qarşı vaksinasiya başladı
Niderlandda Aİ-də sonuncu ölkə kimi koronavirusa qarşı vaksinasiya prosesi başlayıb.
Bu barədə “Independent Tribune” məlumat yayıb.
Ölkədə ilk peyvənd Beqhel şəhərindəki qocalar evinin əməkdaşlarına vurulub.
Bundan sonra peyvənd əlillərə xidmət edən şəxslərə vurulacaq.
Sonrakı mərhələdə isə xəstəxanaların və təcili yardım stansiyalarının tibbi personalı peyvənd olunacaq.

