Hadisə 

Azərbaycanda qızla oğlan dəm qazından BOĞULDU – Evdən meyiti çıxarıldı

Gəncədə 2 nəfər dəm qazından zəhərlənib.

ARANTV.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xətai prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, dəm qazından zəhərlənmə diaqnozu ilə 20 yaşlı Seymurla 2002-ci il təvəllüdlü P. Əlizadə xəstəxanaya yerləşdirilib.

Müdaxilələrə baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Qız isə hazırda reanimasiyadadır.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər