Hadisə 

Bakıda mağazadan 10 min dollar oğurlanyanlar ələ keçdi

Bakıda mağazadan oğurluq edənlər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi  22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də rayon ərazisindəki mağazaların birindən 10.000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abbasov və Şamaxı rayon sakini M.Mahmudov saxlanılıblar.

Şəxsi axtarış zamanı M.Mahmudovdan narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

Daha çox xəbərlər