Hadisə 

Ağcabədi sakinindən beş kiloqramdan çox narkotik maddə götürüldü

Ağcabədi sakinindən beş kiloqramdan çox narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərəfxanlı kənd sakini İ.İbrahimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 kiloqram 218 qram heroin aşkar edilərək götürülüb.

Daha çox xəbərlər