Dünya 

İndoneziyada güclü zəlzələ olub, ölənlər var

İndoneziyada qeydə alınan 6,2 bal gücündə zəlzələ nəticəsində ən az üç nəfər ölüb, 24 nəfər yaralanıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Detik portalı Təbii fəlakətlərlə mübarizə üzrə Milli Agentliyinə istinadən xəbər verib.

Məlumata əsasən, Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qaldı. Fəlakət nəticəsində 60-dan çox bina dağıdılıb. Yeraltı təkanlar bir neçə torpaq sürüşməsinə də səbəb olub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərb məsafədə yerləşib. Təkanların ocağı 8 km dərinlikdə olub.

Daha çox xəbərlər