Azərbaycanlı millət vəkili: Nazir üzr istəməlidir!

Təhsil naziri üzr istəməlidir .

ARANTV.AZ xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Xoy şəhərinin İran parlamentindəki millət vəkili Tağı Kəbiri İranın Təhsil naziri Məhəmməd Bəthayinin İranda şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğu barədə dediyi sözlərə cavab olaraq deyib.

“Həssas bir nazirliyə rəhbərlik edən bir şəxsin ölçüsüz və qeyri-peşəkarcasına açıqlama verib, ana dillərinin tədrisinin qadağan olduğunu bildirməsi böyük təəssüf doğurur. İctimaiyyətin minimum gözləntisi təhsil nazirinin üzr istəməsidir”, – T.Kəbiri bildirib.

Qeyd edək ki, iyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğunu, bu səbəbdən qadağan edildiyini bildirmişdi.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.