Bakıda COVID-19 testi mağazalarda satılır? – AÇIQLAMA
Mağazalarda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı testlər satılır.
Bu barədə foto sosial şəbəkələrdə yayılıb.
“Hörmətli müştərilər satışda satışda COVID-19 testi var. Qiyməti 30 manat”, – deyə qeyd edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)Oxu.Az-a bildirilib ki, ekspress testlərdən bütün dünyada istifadə olunur:
“Həmin testin dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir”.
Qurumdan qeyd edilib ki, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb:
“Bu, hər kəsin şəxsi istəyi ilə bağlıdır. Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinin (TƏBİB) səlahiyətində deyil”.

