Dünya 

Ankarada güclü qar və buz səbəbindən məktəblər üçün tətil elan edilib

Türkiyənin paytaxtı Ankarada güclü qar və buz səbəbindən məktəblər üçün tətil elan edilib. ARANTV.AZ trend-ə istinadən bildirir ki, bu gün Ankara vilayətindəki bütün orta məktəblər üçün tətil elan olunub.

Buna səbəb iki gündür davam edən qarın güclənməsi, yolların buz bağlamasıdır.

Dərslərin bazar ertəsi günündən başlayacağı bəyan edilib.

Daha çox xəbərlər