Gündəm 

Pandemiya restoranların gəlirlərinə necə təsir edib? – FOTO

Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrdə olduğu kimi Azərbaycanda da ictimai iaşə obyektlərinin dövriyyəsinə mənfi təsirini göstərib.

ARANTV.AZ  xəbər verir ki, Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ümumilikdə ictimai iaşə xidmətlərinin həcmi 2019-cu illə müqayisədə 2,2 dəfə azalaraq, 759,6 milyon manat olub.

2020-ci ilin dekabr ayında isə ictimai iaşə dövriyyəsi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.

Pandemiya restoranların gəlirlərinə necə təsir edib? - FOTOÖzəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 2 dəfə azalaraq, 350,4 milyon manat olub.

2020-ci ildə ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayındakı kəskin azalma da ictimai iaşə xidmətlərinin fəaliyyətinə mənfi təsir göstərən səbəblərdəndir.

Daha çox xəbərlər