Hadisə 

Masallıda ev yanıb

Masallı rayonunun Ərəb kəndində birmərtəbəli evdə yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 88 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər