Bəzi avtomobil qəzaları zamanı sürücü hadisə yerini tərk edə bilər
Yol-nəqliyyat hadisəsi zamanı sürücünün hansı hallarda hadisə yerini tərk edəcəyi müəyyən edilir.
ARANTV.AZ-ın xəbərinə görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir.
Bu dəyişikliklər avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçündür.
Belə ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.
Layihələr Milli Məclisdə müzakirəyə çıxarılacaq.

