Təhsil 

İri şəhərlərdə tədris həftədə 3, rayonlarda 4-5 dəfə olacaq – Nazir

Təhsil müəssisələrinin fəaliyyətinin bərpasında məqsəd tələsik açılmalar edib tələsik bağlanışlar etməməkdir.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həftədə 3 dəfə dərslərin açılması zərurətdən irəli gəlir.

Nazir məlumat verib ki, təhsil müəssisələri mərhələli şəkildə bərpa olunacaq.

“İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq”.

Daha çox xəbərlər