Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? – NAZİR AÇIQLADI
“Valideynlərin hüquqları var ki, övladları təhsilini yalnız distant formada davam etdirsin”.
ARANTV.AZ-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
O bildirib ki, fevralın 1-i təhsil müəssisələri açılan zaman valideyn bu hüququndan istifadə edə bilər:
“Bunun üçün onlar məktəbə yaxınlaşmalı və ərizə yazmalıdır”.

