Sosial 

Minaya düşərək şəhid olan əsgər dəfn edilib – Fotolar

Yanvarın 21-də minaya düşərək şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qusar rayonunda dəfn olunub.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, əsgər Cavadov Rəşad Fərzəli oğlunun nəşi Qusar rayonuna aparılıb. Şəhid doğulduğu Hil kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Allah rəhmət eləsin!

Daha çox xəbərlər