Azərbaycanda kommunal xidmətlərin elektron ödənişi sahəsindəki vəziyyət açıqlandı
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanda kommunal xidmətlərin elektron ödənişi sahəsində birinci yerdədir.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum bu sahədə xidmətlərini daha da təkmilləşdirir:
“Hazırda “Azərişıq” ASC-nin Android və İOS platformalarında işləyən mobil əlavəsinin təkmilləşdirilməsi işləri gedir. Tezliklə abunəçilər bu əlavələrdən daha rahat istifadə etmək imkanı qazanacaqlar. Həmçinin yenilənmiş əlavə daha çox funksional olacaq”.

