Sosial 

Qarabağ regional ədliyyə idarəsində icra strukturları yaradılır

“Qarabağ regional ədliyyə idarəsində icra strukturları yaradılır və artıq həmin idarəyə yeni işçilər də götürülür”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.

O bildirib ki, bu sahədə fəaliyyətin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Həmçinin o, qeyd edib ki, ötən il Ədliyyə Nazirliyinin İcra baş idarəsində 910 min 316 icra sənədi olub:

“Müraciətlər arasında məhkəmə orqanları tərəfindən icrası barədə qəbul edilən sənədlər çoxluq təşkil edib. Həmin icra sənədlərinin 89 faizi məhkəmə tərəfindən verilib”.

Daha çox xəbərlər