İSLAM 

Ümumdünya hicab günü onlayn rejimdə qeyd ediləcək

COVID-19 pandemiyası ilə əlaqədar bir çox ölkələrdə tətbiq edilən məhdudiyyətlərdə əlaqədar Ümumdünya hicab gününə həsr olunan əksər tədbirlər onlayn rejimdə keçiriləcək.

Az.shafaqna.com xəbər verir ki, müxtəlif din və milliyyətlərə mənsub qadınlar #WorldHijabDay qeyd edəcəklər və müsəlman qadınlara dəstəklərini nümayiş etdirəcəklər.

Bu günə həsr edilən konfrans “Facebook” və “Yotube”də birbaşa yayımlanacaq.

“2021-ci il fevralın 1-də Ümumdünya hicab gününə həsr edilən virtual konfransımız haqqında məlumat verməyimizdən məmnunluq duyuruq”, – təşkilatçıların yaydıqları bəyanatda deyilir.

Qeyd edək ki, fevralın 1-də Ümumdünya hicab günü dünyanın 140-dan artıq ölkəsində qeyd olunur.

Daha çox xəbərlər