Cəmiyyət 

Suraxanı rayonunda daha 400 ağac əkilib

ARANTV.AZ xəbər verir ki, Paytaxt Bakının hər yerində olduğu kimi Suraxanı rayonunda da son illər yeni yaşıllıqların salınması istiqamətində xeyli iş görülüb. Ətraf mühitin yaxşılaşdırılması məqsədi ilə bu ilin ötən dövründə rayon ərazisində  6 minə yaxın ağac əkilib. Neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 5,77 hektar olan müxtəlif ölçülü 79 gölməçə qurudulub, neftlə çirklənmiş 20 hektar torpaq sahəsi təmizlənib. Növbəti ağacəkmə aksiyası rayonun Qaraçuxur qəsəbəsində Etibar Bəkirli küçəsinin ətrafında keçirildi. Aksiyada Suraxanı rayonunda yaşayan ziyalılar, elm, idman, incəsənət, mədəniyyət sahəsində çalışan tanınmış şəxslər, ictimaiyyət nümayəndələri, rayonun idarə və müəssisələrinin kollektivləri iştirak edirdi. 250 nəfərin iştirak etdiyi iməcilikdə təmizlik işləri aparıldı, mövcud yaşıllığa qulluq edildi. Bu dəfəki aksiyada 500-dən artıq sərv, çinar və eldar şamı əkildi. Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.

Daha çox xəbərlər