Cəmiyyət 

Layiqli əməyin stimullaşdırılması üçün tədbirlər davam etdirilir

ARANTV.AZ xəbər verir ki, Bakıda “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki,  “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi xüsusi yer tutur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev vurğulayıblar ki, bu sahədə beynəlxalq təcrübə və yerli təcrübə əsasında müəyyən təhlillərin aparılmasına xidmət edən tədbirlərin təşkili vacibdir.  Rusiyalı ekspert Vladimir Rojkov əməyin ödənilməsinin sosial-iqtisadi mahiyyətinə, onun roluna dair təqdimatla çıxış edib.

Daha çox xəbərlər