Hamburger yemək böyrək çatışmazlığı yaradır
Bildiyimiz kimi, bir çox Avropa ölkələrində az bişən ət yeməkləri daha çox satılır. Ümumiyyətlə, hamburger və dönər kimi “fast-food”lar qısa müddətdə hazırlandığına görə çoxlarının qida rasionunda üstünlük təşkil edir.
ARANTV.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu qidaların istehlakı qərbdə geniş yayılan “Hamburger xəstəliyi”nə gətirib çıxarır.
Belə ki, istehlak edilən ət yaxşı bişmədiyindən onun tərkibindəki bakteriyalar uzun müddət yaşayır. Onlar bağırsaqlarda yayılır və orada müxtəlif xəsətəliklər yaradır. Risk kateqoriyasına daha çox azyaşlı uşaqlar daxildir. Belə növ yeməklər mütəmadi istehlak edildikdə böyrək çatışmazlığı, qan azlığı və qanaxmaya səbəb olur.
Xəstəliyin ilkin əlamətləri ishal, qaytarma, halsızlıq və hərarətdir. Lakin bir çoxları bunu zəhərlənmə kimi qəbul etdiyindən “Hamburger xəstəliyi”nin mövcudluğunu bilmir.
Bu xəstəlik böyrəklər də daxil olmaqla bir çox orqanlarda qanın hərkətində məhdudiyyətlər yaradır və qan dövranının fəaliyyətini pozur.
Xəstəliyi aradan qaldırmaq üçün dərman preparatları ilə müalicələr edilsə də, böyrəklər tamamilə sağalmır.
Ən təhlükəli tərəfi isə yoluxucu olmasıdır. Bu, insandan insana, yaxud yaxşı yuyulmadan yeyilən meyvə və tərəvəzdən də keçə bilir.
Buna görə də mütəxəsisslər, xəstəlikdən qorunmaq üçün qida qəbulu zamanı əllərin mütləq təmiz olmasını, istehlak edilən ətin yaxşı bişirilməsini, meyvə və tərəvəzlərin yaxşı yuylmasını, ümumuiyyətlə, mətbəxdə gigiyenik qaydalara əməl olunmasını tövsiyyə edir.

