Cəmiyyət 

Bakı-Həştərxan aviareysi bərpa edilə bilər

Həştərxanla Bakı arasında birbaşa aviareyslər bərpa oluna bilər.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bu məqsədlə Həştərxan qubernatorunun vəzifələrini icra edən Sergey MorozovAzərbaycana səfər edəcək.

Dekabrın 18-19-da baş tutacaq səfər zamanı Morozov Azərbaycan Respublikasının hökumət üzvləri ilə müzakirələr aparacaq.

Onun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü planlaşdırılıb.

Görüşlər zamanı iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıqla bağlı müqavilələrin imzalanması gözlənilir.

Daha çox xəbərlər