Bu ilin ilk 11 ayında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 28 milyard dollardan çox olub
ARANTV.AZ xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 28 milyard 214 milyon dollardan çox olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, on bir ayda ticarət əməliyyatlarının ümumi həcminin təxminən 17 milyard 919 milyon dolları ixracın payına düşür. İdxalın həcmi isə 10 milyard 295 milyon dollar təşkil edib.

