Gələn il Bakıda keçiriləcək Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransla bağlı Nazirlər Kabinetində növbəti hazırlıq iclası olub
ARANTV.AZ xəbər verir ki, gələn il Bakıda Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans keçiriləcək. Bununla bağlı Nazirlər Kabinetində növbəti hazırlıq iclası olub.
Qanunsuz narkotiklərin dövriyyəsinin qarşısnın alınması Azərbaycan hökümətinin daim diqqət mərkəzinədir və narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi də buna əyani sübutdur. Baş nazirin müavini, Nakromanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə qarşı Mübasrizə üzrə Dövlət Komissyasının və Təşklat Komitəsinin sədri Əli Həsənov hazırlıq iclasında belə dedi. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər güclü hüquqi baza var və narkotik maddlərin dövriyyədən çıxarılması halları artıb. Təşkilat Komitısinin sədri onu da dedi ki, Azərbaycanda dünyanın ən mötəbər tədbirləri reallaşdırılır və beynəlxalq təşkilatklarla tərəfdaşlıq münasibətləri qurulur. Dünyanı narahat edən bu problemlə bütün dövlətlər birgə mübarizə aparmalıdır – deyən Əli Həsənov bildirdi ki, konfransın Azərbaycanda yüksək səviyyədə keçiriləcəyi ilə bağlı ciddi hazırlıq işləri görülür. İclasda ABŞ-ın Ədliyyəı Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Admnistrasiyasının Mərkəzi Asiya üzrə Regional direktoru Vilyam Varen, Narkotiklərə mübarizə admnistrasiyasının Ankara ofisinin nümayəndələri işrirak edirdi. Gələn il aprelin 16-da keçiriləcək Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans beynəlxalq əməkdaşlığın gücləndirilməsi və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məlumatların mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir.

