Çöl quşlarını kənd toyuğu adı ilə satmaq istəyən saxlanıldı – FOTO/VİDEO
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları qanunsuz ovlanan çöl quşlarını kənd toyuğu adı altında satmaq istəyən şəxsi saxlayıb.
ARANTV.AZ xəbər verir ki, idarə əməkdaşları daxil olan məlumat əsasında Saatlı rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin 194-cü (Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma) maddəsi ilə məhkum olunmuş Sabirabad rayon sakini Nəvai Novruzov saxlanılıb.
Onun idarə etdiyi “Qaz-33021” markalı yük avtomobilinə baxış zamanı qanunsuz ovlanan 251 ədəd qaşqaldaq və dörd ədəd çöl ördəyi aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, N.Novruzovun ov etmək üçün müvafiq dövlət qurumları tərəfindən verilən xüsusi lisenziyası yoxdur. Saxlanılan şəxs ifadəsində çöl quşlarını paytaxt və bölgələrdə kənd toyuğu, eləcə də, kəklik quşu adı altında satmaq məqsədilə ovladığını bildirib.
oxu.az

