Təhsil 

“İki dəfə keçiriləcək imtahanlarda ən yüksək nəticə toplanan mərhələ nəzərə alınacaq”

Bu il iki dəfə keçirilmə şansı verilən imtahanlarda iştirak edən namizədlər üçün ən yüksək nəticənin qeydə alındığı imtahan göstəricisi nəzərə alınacaq.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, imtahanlarda iki dəfə şans verilmə namizədlər və abituriyentlərin xeyrinə olan bir məsələdir: “İmtahan verən şəxslər birinci mərhələdə maksimum hansı balı toplasalar, qəbul üçün həmin baldan istifadə edə bilərlər”.

Daha çox xəbərlər