Siyasət 

Azərbaycan, Türkiyə və İran XİN rəhbərləri İranda görüşə bilər

İran yaxın zamanlarda Azərbaycan və Türkiyə xarici işlər nazirlərini üçtərəfli danışıqların keçirilməsi üçün qəbul etməyə hazırlaşır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Türkiyədə səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

O bildirib ki, hazırda regionun altı ölkəsinin əməkdaşlığı üçün platforması hazırlanıb:

“Biz müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirə bilərik. İran və Türkiyədə Cənubi Qafqazda əməkdaşlığı region ölkələrinə faydalı olacaq”.

Daha çox xəbərlər