Gündəm 

Qarabağda ətraf mühitə dəyən zərər beynəlxalq ekspertlərlə birgə müəyyənləşdiriləcək

İşğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin müəyyənləşdirilməsi işinə beynəlxalq ekspertlərin də cəlbi nəzərdə tutulur.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, artıq ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanılıb: “Sözsüz ki, dəymiş ziyan böyükdür. Biz bu qiymətləndirmə prosesinə üzvü olduğumuz beynəlxalq konvensiyalara əsasən, ekspertləri də cəlb etməyi nəzərdə tuturuq”.

Daha çox xəbərlər