Ağdaşda ər 25 yaşlı arvadını amansızlıqla qətlə yetirib – MƏHKƏMƏ
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materilları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.
İttihama görə, bu ilin iyulun 19-da saat 21 radələrində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində 1995-ci il təvəllüdlü Nuranə Sətdarovanın öldürülməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla 1988-ci il təvəllüdlü Tural Sətdarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Sətdarovaya bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Tural Sətdarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Ölkə.Az

