İdman 

Millimiz Slovakiyaya dörd qol vurub, lider oldu

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Joze Alesionun yetirmələri Bakı İdman Sarayında Slovakiyaya 4:1 hesabı ilə qalib gəlib.

Komandamızdan qolları Bolinya, Everton Kardozo, Xətai Bağırov, İsa Atayev, qonaqlardan isə Tomaş Drahovski vurub.

Bununla da komandamız üç xalla qrupun lideri olub. Növbəti matç fevralın 2-də Afinada Yunanıstana qarşı olacaq.

Daha çox xəbərlər