Şəhid xanımının yoldaşının məzar daşı ilə çəkdirdiyi fotoda DİQQƏT ÇƏKƏN MƏQAM
Sosial şəbəkələrdə şəhid Rəşad Əmralı oğlu Əliyevin həyat yoldaşının və övladının fotosu yayılıb.
ARANTV.AZ xəbər verir ki, şəhidin xanımı həyat yoldaşının məzarı kirlənməsin deyə, ayaqqabılarını çıxararaq onun məzarı üstə çıxıb.
Şəhid xanımının bu hərəkəti sosial mediada rəğbətlə qarşılanıb. Hətta əksəriyyəti onu nümunə göstərib.

