Hadisə 

Betonqarışdıran maşın iki avtomobili əzdi – VİDEO

Gəncə-Toğana avtomobil yolunun Hacıkənd qəsəbəsi ərazisində keçən hissəsində ağır tonnajlı yük maşını qəzaya uğrayıb.

ARANTV.AZ ARB TV-yə istinadən  xəbər verir ki, Kəlbəcər sakini Əsgər Muradzadə betonqarışdıran yük maşını ilə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəqliyyat vasitəsi əvvəlcə Caməddin İbrahimovun sükanı arxasında olduğu “VAZ 2107”, daha sonra isə Tural Atayevin idarə etdiyi “VAZ 2106” ilə toqquşub. Nəticədə, hər iki avtomobilə xeyli ziyan dəyib.

“VAZ 2107”nin sürücüsü Caməddin İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, sözügedən yolda qəza zamanı hava dumanlı olduğundan avtomobillərin hərəkətində müəyyən çətinliklər meydana çıxıb.

Faktla bağlı araşdırmalar aparılır.

Daha çox xəbərlər