Sosial 

Səfər Mehdiyev qazi gömrükçülərlə görüşüb – FOTO

Gömrük əməkdaşlarının peşə bayramı münasibəti ilə İkinci Qarabağ müharibəsinin qazi gömrükçüləri ilə görüş keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün “Twitter” hesabında paylaşım edib. Komitə sədri gömrükçüləri peşə bayramı münasibəti ilə təbrik edib.

Paylaşımda qeyd olunub:

“Gömrük əməkdaşlarının peşə bayramı günündə müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizə tarixi zəfər yaşadan gömrükçü qazilərimizlə görüşməkdən qürur duydum”.

 

Daha çox xəbərlər