Türkiyə MN-dən Ağdamdakı Birgə Mərkəzinin açılış mərasimindən paylaşım – FOTO
Türkiyə Milli Müdafiə Nazirliyi Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzinin açılış mərasimindən paylaşım edib.
Bununla bağlı nazirliyin “Twitter” hesabında fotolar yerləşdirilib.
“Dağlıq Qarabağda atəşkəsin qorunmasına xidmət edəcək Türkiyə-Rusiya Birgə Mərkəzi Azərbaycan Müdafiə Naziri general Zakir Həsənov, Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu və Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fominin qatıldığı mərasimlə açıldı”, – deyə, qeyd edilir.

