Qüdrət Həsənquliyev: “Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki hərbçilərin statusu müəyyən edilməlidir”
“Ağdamda fəaliyyətə başlayan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki xarici ölkə hərbçilərinin statusu müəyyən edilməlidir”.
ARANTV.AZ-ın xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Biz bilməliyik ki, həmin hərbçilər toxunulmazdırmı, onların hansı statusu var? Buna görə qanunvericiliyə xarici ölkə hərbçilərinin Azərbaycanda iştirakı barədə əlavələr edilməlidir”, – deyə Q.Həsənquliyev əlavə edib.

