Təhsil 

“Ümid edək ki, bütün şagirdlər, tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər” – Nazir

Ümid edək ki, “COVID-19″la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür:

“Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız”.

Daha çox xəbərlər