Hadisə 

Bakı və Abşeron sakinlərindən üç kiloqram narkotik götürülüb

Bakı və Abşeron sakinləri narkotiklə tutulub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi  əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əmircan qəsəbə sakini R.Yarməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 106 qramdan artıq heroin götürülüb.

Bundan əlavə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini C.Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan iki kiloqram heroin aşkar edilib.

Daha çox xəbərlər