Cəmiyyət 

“Bizim həyət” layihəsi çərçivəsində növbəti abad həyət sakinlərin istifadəsinə verilib

ARANTV.AZ xəbər verir ki, “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan daha bir abad məhəllə sakinlərin istifadəsinə verildi. Yenilənən həyət Xətai rayonu Xudu Məmmədov 4 və 4a ünvanında 400 nəfərədək sakinin məskunlaşdığı binaları əhatə edib. “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 3200 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafına əlverişli şəraitin yaradılması məqsədilə uşaq oyun və idman elementləri, 3 ədəd söhbətgah salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib.

“Bizim həyət” layihəsi çərçivəsində ağacəkmə aksiyası da keçirildi Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ağac və kol əkildi, 500 kvadratmetr ərazidə yaşıllıqlar salındı.

Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Layihənin rayonun digər ərazilərində də həyata keçirilməsi nəzərdə tutulur.

**

Daha çox xəbərlər